Çempionlar Liqasında həftənin ən yaxşı qolu - Video

Çempionlar Liqasında həftənin ən yaxşı qolu  -  Video
XƏBƏR 24 Oktyabr 2020 / 01:05 2875
-  A +

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolu müəyyənləşib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Luka Modriçin “Şaxtyor”a vurduğu qol həftənin ən yaxşısı seçilib.

İkinci yerin sahibi “Bavariya”nın yarımmüdafiəçisi  Korentino Tolisso olub. O, “Atletiko” ilə matçda qapını dəqiq nişan alıb.

İlk üçlüyü ”Atalanta”nın hücumçusu Alexandro Qomez qapayıb. Oyunçu “Midtyulland”a qarşı fərqlənməyi bacarıb.

“Krasnodar”ın müdafiəçisi Kristian Ramirezin “Renn”ə vurduğu qol isə 4-cü seçilib.

Qeyd edək ki, “Real” – “Şaxtyor görüşü 2:3, “Bavariya” – “Atletiko” matçı 4:0, “Midtyulland” – “Atalanta” oyunu 4:0, “Krasnodar” – “Renn” qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.

 






Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki