Türk futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi

Türk futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi
XƏBƏR 23 Oktyabr 2020 / 18:24 3053
-  A +

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər səsvermənin nəticəsinə əsasən, "Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı birinci olub.  Türk oyunçu səsvermədə Darvin Nunes (“Benfika), Keleçi İhinaço ("Lester") və Takfusa Kubonu ("Vilyarreal") qabaqlayıb.

Qeyd edək ki, Y.Yazıcı "Sparta"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.


Son xəbərlər