İtaliyalı mütəxəssis “Qarabağ”la oyunu xatırladı

İtaliyalı mütəxəssis “Qarabağ”la oyunu xatırladı
XƏBƏR 22 Oktyabr 2020 / 17:43 3351
-  A +

Albaniya “Partizani”sinin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının 2019/2020-ci illər mövsümünün 1-ci təsnifat mərhələsində “Qarabağ”la matçı xatırladıb.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Tuttomercato” nəşrinə müsahibəsində ölkəmiz və Ağdam təmsilçisi haqda danışıb:

“Çempionlar Liqasında ötən mövsüm əvvəlcə “Qarabağ”la qarşılaşdıq. Onlar çox vaxt Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanırlar. Klubun 25 milyon avroluq büdcəsi var. Bakı isə çox zəngin bir şəhərdir. Biz “döyüş gəmisi”nə qarşı mübarizə apardıq. İlk oyunda 0:0 hesablı heç-heçə etdik. İkinci oyunda isə bərbarəlik olması üçün sona 5 dəqiqə qalmışa qədər çalışdıq. Lakin Avropa Liqasına düşdük və “Şerif”ə (Moldova) rəqib olduq”.

Qeyd edək ki, “Qarabağ” cavab görüşündə 2:0 hesabı ilə qalib  gələrək, turnirin 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.

Daha çox


Son xəbərlər