"Real"ın hücumçusundan yeni rekord

"Real"ın hücumçusundan yeni rekord
XƏBƏR 22 Oktyabr 2020 / 15:46 2112
-  A +

"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az "Opta Sport"a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin ilk turunda evdə Ukrayna "Şaxtyor"una qarşı matçda nail olub. Belə ki, o,  59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra rəqib qapısına qol vurub. Bu, rəsmi statistikanın qeydə alınmağa başladığı 2006/2007 mövsümündən indiyə kimi rekord göstəricidir.

Qeyd edək ki, sözügedən görüş Donetsk təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı