Bundesliqa klubu karantinə alındı

Bundesliqa klubu karantinə alındı
XƏBƏR 22 Oktyabr 2020 / 15:21 1145
-  A +

Bundesliqa təmsilçisi "Verder"in bir futbolçusu koronavirusa yoluxub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan bir oyunçunun koronavirus testi müsbət çıxıb. Digər oyunçularda isə koronavirus aşkarlanmayıb.

Testi müsbət çıxan şəxsin yaxşı olduğu və karantinə alındığı bildirilib. Klubun tibbi heyətinin qərarına əsasən, cümə günü növbəti testin nəticəsi açıqlanana qədər bütün futbolçular və məşqçi heyəti karantində olacaq.

Qeyd edək ki, “Verder” Bundesliqanın 5-ci  turunda bazar günü “Hoffenhaym”ı qəbul edəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi