Fati jurnalistin irqçi ifadəsinə məruz qaldı

Fati jurnalistin irqçi ifadəsinə  məruz qaldı
XƏBƏR 22 Oktyabr 2020 / 13:59 1786
-  A +

"Barselona"nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub və 1 qolun ötürməsini verən 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:

"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".

"Mundo Deportivo" nəşri yazıb ki, "Barselona" buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcək.

Daha çox


Son xəbərlər