"Avroliqada mümkün qədər irəliləmək istəyirik" - "Makkabi"nin qapıçısı

"Avroliqada mümkün qədər irəliləmək istəyirik" - "Makkabi"nin qapıçısı
XƏBƏR 22 Oktyabr 2020 / 11:32 1030
-  A +

"Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməyə çox yaxın idik, amma son mərhələdə büdrədik. Bundan sonra Avropa Liqasında yaxşı debüt etmək üçün hazırlığımızı gücləndirdik. Diqqətimizi bu turnirə yönəltmişik və özümüzə inanırıq".

Qol.az "isteo.com"a istinadən xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" (Təl-Əviv) klubunun qapıçısı Daniel Tenenbaum Avropa Liqasının qrup mərhələsinin ilk  turunda bu gün "Qarabağ"la keçirəcəkləri oyun öncəsi deyib.

O bildirib ki, turnirdə mümkün qədər irəliləmək üçün əllərindən gələni edəcəklər: "Koronavirusan sağalmış bütün futbolçularla maksimum güclə turnirə başlayacağıq".

Daha çox


Son xəbərlər