Millimizə 21 futbolçu çağırıldı

Millimizə 21 futbolçu çağırıldı
XƏBƏR 22 Oktyabr 2020 / 11:21 1380
-  A +

Oktyabrın 23-dən 27-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə aşağıda adları qeyd olunan oyunçular çağırılıb:

Yusif İmanov, Rüstəm Samiqullin, Abdulla Rzayev, Nemət Musayev, Camal Cəfərov Samir Məhərrəmli, Nazim Həsənzadə (hamısı "Sabah"), Rza Cəfərov, Mirəli Əhmədov, Fərid Yusıfli (hamısı "Neftçi"), Ümid Səmədov ("Kəpəz"), Şamil Cəfərov ("Səbail"), Şirin Şirinov, Samir Abdullayev, İbrahim Novruzov (hamısı "Keşlə"), Cəlal Hüseynov ("Zirə"), Nemət Şixamirov, Emil Səfərov, Gülağa Əsədov, Mehrac Baxşəli(hamısı "Qəbələ"), Elçin Qasımov ("Turan Tovuz")

Qeyd edək ki, “Zirə”nin üzvü Cəlal Hüseynov oktyabrın 25-də təlim-məşq toplanışına qoşulacaq.

 


Son xəbərlər