"İnter"in futbolçusu koronavirusa yoluxdu

"İnter"in futbolçusu koronavirusa yoluxdu
XƏBƏR 21 Oktyabr 2020 / 21:06 932
-  A +

"İnter"in futbolçusu Aşraf Hakimi koronavirusa yoluxub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeşli müdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən onun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Münhenqladbax "Borussiya"sı ilə matçı buraxacağı bildirilib.

Hakiminin hazırda karantində olduğu vurğulanıb.

Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Borussiya" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı