"Son iki həftə bizim üçün yaxşı oldu. Futbolçular sağaldılar. Onlar bu gün komandaya qoşulacaqlar, məşq edəcəklər və oyuna hazırdırlar. Sıx qrafiklə əlaqədar, addım-addım irəliləyəcəyik. Hər oyun fərqli bir hekayədir. İlk oyuna köklənməliyik. Mənim üçün oyunçuların hazır olması vacibdir. Matç günü hər hansı bir problemin olub olmadığını görəcəyik və nə olduğunu başa düşəcəyik. Əvvəlkindən daha yaxşı vəziyyətdəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Makkabi"nin baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisinin çox ciddi komanda olduğunu bildirib: "Yaxşı təcrübəyə sahibdirlər. Onları təhlil etmişik. "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadır. Komanda şəklində oynayırlar. Güclü rəqibdir. Bizi çox çətin oyun gözləyir".
Y.Donis hər matçda xal qazanmağa çalışacaqlarını söyləyib: "Özümüzə inanırıq. Yaxşı oynayırıq, intizamlı olsaq, qrupdan çıxmaq şansımız var. Addım-addım oyunları düşünməliyik. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq. Hədəflərimiz çoxdur".
Donis cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam".
Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da