Messidən tarixi rekord

Messidən tarixi rekord
XƏBƏR 21 Oktyabr 2020 / 14:00 3135
-  A +

“Barselona”nın kapitanı Lionel Messi Çempionlar Liqasında tarixi rekorda imza atıb.
 
Qol.az Kataloniya klubunun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna qrup mərhələsinin 1-ci turunda ötən gün keçirilən “Ferentsvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən argentinalı oyunçu turnirin ardıcıl 16 mövsümündə  (2005/06-cı illər mövsümündən bu günədək) fərqlənməyi bacaran ilk futbolçu kimi tarixə düşüb.
 
Qeyd edək ki, Messi bu mövsüm bütün çempionatlar  daxil olmaqla 5 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Son xəbərlər