Ter Ştegen, De Yonq, Lanqle...

Ter Ştegen, De Yonq, Lanqle...
XƏBƏR 18 Oktyabr 2020 / 15:35 3616
-  A +

“Barselona”nın cəmi 3 futbolçusu koronavirus pandemiyasının büdcəyə vurduğu zərərlə əlqədar maaşlarının azaldılması ilə razılaşıb.

Qol.az xəbər verir ki sözügedən oyunçular Mark-Andre ter Ştegen, Frenkie de Yonq, Kleman Lanqledir. Digər futbolçular isə klub rəhbərliyinin bu təklifinə etiraz edərək, maaş azaldılması ilə bağlı onlara göndərilən sənədləri imzalamayıblar.

Qeyd edək ki, “Barselona” rəhbərliyi komandanın oyunçularından yalnız bir mövsümlük maaşlarında endirim edilməsinə razılaşmalarını təklif etmişdi.


Son xəbərlər