“Legiya” - "Qarabağ" matçından əvvəl – Klubda koronavirus aşkarlandı

“Legiya” - "Qarabağ" matçından əvvəl – Klubda koronavirus aşkarlandı
XƏBƏR 1 Oktyabr 2020 / 11:50 4674
-  A +

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”ın rəqibi olan "Legiya" klubunda koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında  məlumat verilib. Virusa yoluxan şəxsin Varşava təmsilçisinin əməkdaşı olduğu bildirilib. Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.

Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın