Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır
XƏBƏR 1 Oktyabr 2020 / 11:45 3271
-  A +

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qol.az xəbər verir ki, Cenevrədə təşkil edilən mərasim Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qrup mərhələsində iştirak edəcək komandalar 4 səbətə bölünüb:

Səbət 1: “Bavariya”  (Almaniya),  “Sevilya”, “Real” (hər ikisi İspaniya),  “Liverpul” (İngiltərə), “Yuventus” (İtaliya),  PSJ (Fransa), “Zenit” (Rusiya), “Portu” "(Portuqaliya)

Səbət 2: “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı - İngiltərə), “Şaxtyor” (Ukrayna),  “Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Hollandiya)

Səbət 3: “Dinamo” (Ukrayna),  “Zalsburq”  (Avstriya), “Leyptsiq” (Almaniya), “İnter”, “Latsio”, “Atalanta” (hamısı İtaliya), “Olimpiyakos” (Yunanıstan), "Krasnodar”, (Rusiya)

Səbət 4: “Lokomotiv” (Rusiya), “Marsel”, “Renn” (hər ikisi Fransa), “Brügge” (Belçika), “Borussiya”  (Mönhenqladbax, Almaniya), “Başakşəhər” (Türkiyə),  “Midtülland” ( Danimarka), "Ferensvaroş" (Macarıstan)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı