Superkubok oyununda qadın hakim

Superkubok oyununda qadın hakim
XƏBƏR 30 Sentyabr 2020 / 20:30 2237
-  A +

Almaniya Superkubokunda bu gün keçiriləcək "Bavariya" - "Borussiya" (Dortmund) oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az Almaniya Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, matçı 41 yaşlı Bibiana Ştaynhaus idarə edəcək. Beləliklə, tarixdə ilk dəfə qadın hakimə superkubok görüşü həvalə olunub. Bu, onun hakim karyerasının son oyunu olacaq.

Qeyd edək ki, Ştayhanusa Marsel Unqer və Tomas Şteyn köməklik edəcək. Harm Osmers dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Əlavə edək ki, "Bavariya" - "Borussiya" qarşılaşması  Bakı vaxtı ilə 22:45-də başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın