"Bizi nəyin gözlədiyini bilirik" - Mateuş Vieteska

"Bizi nəyin gözlədiyini bilirik" - Mateuş Vieteska
XƏBƏR 30 Sentyabr 2020 / 19:51 2812
-  A +

"Hər məşqçi öz fəlsəfəsini komandaya uyğunlaşdırmaq istəyir. Yeni həlləri tətbiq etmək üçün bir az vaxtımız oldu və hazırda onları meydanda göstərmək niyyətindəyik".

Qol.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının futbolçusu Mateuş Vieteska Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı oyundan əvvəl mətbuat konfransında deyib.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib: "Rəqibi analiz etdik, bizi nəyin gözlədiyini bilirik. Hazırlaşmaq üçün bir həftə vaxt var idi və məşqdən məşqə daha yaxşı idik. Oyundan əvvəl nikbinəm".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər