FİDE reytinqi açıqladı

FİDE reytinqi açıqladı
XƏBƏR 30 Sentyabr 2020 / 15:30 1290
-  A +

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Aktivində 2770 xal olan Şəhriyar Məmmədyarov 4 pillə irəliləyib və 7-ci sıraya yüksəlib. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə geriləyib və 10-cu yerdə qərarlaşıb.

Qədir Hüseynov 2 665 xalla 73-cü, Nicat Abbasov 2 664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2 654 xalı olan Rauf Məmmədov isə 91 - 93-cü yerləri bölüşdürür.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 828 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 28-ci pilləyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 73-cü sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva isə 1 pillə irəliləyərək 82-ci sırada qərarlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı