"Ermənilər dinc sakinlərimizə hücum edirlər” - Elxan Məmmədov

"Ermənilər dinc sakinlərimizə hücum edirlər” - Elxan Məmmədov
XƏBƏR 30 Sentyabr 2020 / 10:50 1003
-  A +

"Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımızın AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin olduq ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetmə bir oğlanı itirdik”.

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "1news.az"a açıqlamasında deyib.

E.Məmmədov qeyd edib ki, 13 yaşlı yeniyetmənin həyatını itirməsi hər bir azərbaycanlı kədənləndirir: “Azərbaycan futbol ailəsinin bir üzvünün həyatını faciəli şəkildə itirməsi haqda dərhal FİFA və UEFA-nı məlumatlandırdıq. Bu faciə hər birimizə çox pis təsir etdi. Bu, bir daha dünyaya dübut edir ki, ermənilər Azərbaycan ərazisində dinc sakinlərə hücum edirlər”.

İcraçı vitse-prezident vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı işğaldan azad olunmuş torpaqlarımıza bayrağımızın sancılacağı günü gözləyir: “Ermənistan Futbol Federasiyasının açıqlaması  absurddur. O ki qaldı onların Azəərbaycan futbol funksionerlərinin açıqlamalarından gileylənməklərinə, hər bir ölkə vətəndaşı Azərbaycan bayrağının işğal olunmuş 7 rayonumuz və Dağlıq Qarabağa sancılacağı günü səbirsizliklə gözləyir”.

Elxan Məmmədov bildirib ki, hazırda düşmən ölkənin futbol federasiyasını başqa bir məsələ də narahat edir: “2 həftə əvvəl biz UEFA-ya “Lernian Artsax” klubu ilə bağlı məktub ünvanlamışıq. Bizdə olan məlumata görə, bu klub Xankəndidə qeydiyyatdan keçib. Deməli, həmin komanda yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin “Lerian Artsax” əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının birinciliyində, daha sonra isə Ermənistan çempionatında mübarizəyə qoşulub. Hüquqi cəhətdən həmin komanda bu yarışda iştirak edə bilməz. Biz UEFA-dan bu klub haqda araşdırma aparmağı xahiş etmişik”.

Assosiasiyanın rəsmisi Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” - “Qarabağ” oyununu diqqətdə saxladıqlarını söyləyib: “AFFA UEFA-ya müraciət edərək “Legiya” - “Qarabağ” oyunu ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ şəkildə müraciətimizi dəyərləndirdi və həmin qarşılaşmaya təhlükəsizlik üzrə xüsusi nümayəndəsini təyin etdi. Təbin ki, qitə futbol qurumu da bu addımı ilə Ermənistan vətəndaşlarının hər hansı bir təxribatının qarısını almağa çalışır. Təbii ki, biz ötən il Lüksemburqda keçirilən “Düdelanj” - “Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı. Həmin vaxt oyun dayandırılsa da, 20 dəqiqədən sonra davam etmişdi. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord