"Barselona"dan "Mançester Yunayted"ə?

"Barselona"dan "Mançester Yunayted"ə?
XƏBƏR 29 Sentyabr 2020 / 22:30 3486
-  A +

“Barselona”nın futbolçusu Usman Dembele karyerasını “Mançester Yunayted”də davam etdirməyə yaxındır.

Qol.az AS-a istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. İngiltərə təmsilçisininin  23 yaşlı hücumçu üçün Kataloniya klubuna 50 milyon avrodan çox məbləğdə ödəniş edəcəyi bildirilib. 

Xəbərdə o da qeyd olunub ki, “Barselona” fransalı oyunçunun transferindən gələn gəliri “Lion”dan Memfis Depayın keçidi üçün xərcləyə bilər.

Xatırladaq ki, U.Dembele La Liqa klubuna 2017-ci ildə Dortmund “Borussiya”sından keçib.


Son xəbərlər