"Qarabağ" Polşaya getdi

"Qarabağ" Polşaya getdi
XƏBƏR 29 Sentyabr 2020 / 17:37 1111
-  A +

Polşada "Legiya" ilə UEFA Avropa Liqasının pley-off matçında üz-üzə gələcək "Qarabağ" komandası Varşavaya yollanıb.

Çarter reysi ilə səfərə çıxan heyətdə futbolçulardan yalnız Donald Gerye yer almayıb.
Haitili oyunçu pasport problemi ilə üzləşdiyi üçün Azərbaycan komandasına kömək edə bilməyəcək.
Zədələrini sağaldan Mahir Emreli, Xayme Romero və Abdullah Zubir isə kollektivlə birgə Varşavaya uçub.

Qeyd edək ki, oktyabrın 1-də Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın