Legioner futbolçular Ermənistandan qaçmağa hazırlaşır

Legioner futbolçular Ermənistandan qaçmağa hazırlaşır
XƏBƏR 29 Sentyabr 2020 / 14:36 4036
-  A +

Ermənistanın “Lori” klubunda çıxış edən panamalı futbolçular Manuel Varqas və Karlos Qutyerres ölkəsinə qayıtmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə onlar ölkələrinin mətbuatına açıqlamasında bildiriblər.

Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıq keçirən futbolçular tezliklə Panamaya dönməyin yollarını axtarırlar. Varqas bununla bağlı klub rəhbərliyinə müraciət etdiklərini vurğulayıb. O, ölkələrinə qayıtmaq üçün yerli Xarici İşlər Nazirliyindən kömək istədiklərini söyləyib.

Qeyd edək ki, Manuel Varqas və Karlos Qutyerres ötən ay “Lori”yə transfer olunub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord