"Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək" - "Səbail"in legioneri

"Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək" - "Səbail"in legioneri
XƏBƏR 29 Sentyabr 2020 / 10:32 1273
-  A +

“Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam”.

Qol.az xəbər verir ki, “Səbail”in qapıçısı Nikolas Hagen guatefutbol.com saytına açıqlamasında deyib.

Qvatemala millisinin qolkiperi daha sonra cəbhə bölgəsində baş verənlərlə bağlı bildirib: “İnsanlarda narahatlıq var. Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək. Mənə hər şeyin qaydasında olacağı təminatını veriblər. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır”.

Qeyd edək ki, "Səbail" bu ay Hageni transfer edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı