Obameyanq “Barselona”nın təklifini rədd edib

Obameyanq “Barselona”nın təklifini rədd edib
XƏBƏR 28 Sentyabr 2020 / 12:05 1609
-  A +

“Arsenal”ın futbolçusu Pier-Emerik Obameyanq “Barselona”nın transfer təklifini rədd edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. 31 yaşlı hücumçu London təmsilçisi ilə müqaviləsini yeniləməzdən əvvəl bir neçə klubdan, xüsusilə də “Barselona”dan transfer təklifi aldığını deyib. Lakin o, Kataloniya klubuna keçmək istəmədiyini bildirib.

Qeyd edək ki. P.E.Obameyanq “Arsenal”a 2018-ci ilin yanvar ayında Dortmund “Borussiya”sından transfer olunub. O, geridə qalan mövsüm 36 matça çıxaraq, 22 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər