Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord
XƏBƏR 28 Sentyabr 2020 / 10:25 2316
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının 2-ci turunda “Roma” ilə matçda nail olub. O, qarşılaşmanın 44-cü və 69-cu dəqiqələrində fərqlənərək, dubl etməklə Avropanın TOP-5 çempionatlarında vurduğu qolların ümumi sayını 450-yə çatdırıb. Beləliklə 554 qarşılaşmada bu nəticəni əldə edən portuqaliyalı oyunçu ilkə imza atıb.

Qeyd edək ki,  Ronaldonun əsas rəqibi Lionel Messidir. Argentinalı hücumçu “Barselona”nın heyətində La Liqada 486 matça çıxaraq, 445 dəfə qapıları dəqiq nişan alıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki