Bir ay oynamayacaq

Bir ay oynamayacaq
XƏBƏR 27 Sentyabr 2020 / 17:28 3359
-  A +

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçusu Qabriel Jesusla bağlı açıqlama verib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, Jesusun bir ay yaşıl meydanlardan kənarda qalacağını bildirib: “Jesus qarşıdakı ayda da zədəli olacaq. O, əzələsindən zədələnib”.

Braziliyalı futbolçu “Vulverhempton”la oyunda (3:1) zədə alıb. Daha əvvəl komandanın digər üzvü Serxio Aqueronun da bir aylıq sıradan çıxdığı açıqlanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın