"Səbail" - "Sabah" oyunundan sonra insident - Şəkillər

"Səbail" - "Sabah" oyunundan sonra insident - Şəkillər
XƏBƏR 26 Sentyabr 2020 / 20:09 3422
-  A +

Azərbaycan Premyer Liqasının 4-cü turunun "Səbail" - "Sabah" oyunundan sonra insident yaşanıb.

Qol.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevlə qonaqların yarımmüdafiəçisi Coşqun Diniyevin sözü çəp gəlib. Bundan sonra futbolçu topu "Səbail"in məşqçilər heyətinin olduğu tərəfə vurub. "Sabah"ın oyunçusunun rəqib baş məşqçinin üzərinə yeriməsinə digər futbolçular imkan verməyiblər.

Qeyd edək ki, görüş "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər