Rusiya klubunun 12 futbolçusu koronavirusa yoluxdu

Rusiya klubunun 12 futbolçusu koronavirusa yoluxdu
XƏBƏR 26 Sentyabr 2020 / 12:15 1233
-  A +

Rusiya Milli Futbol Liqasının 12-ci turunda keçiriləcək “Tom” – “Şinnik°matçı təxirə salınıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb “Şinnik”in 12 futbolçusunun koronavirusa yoluxmasıdır. Yaroslavl təmsilçisinin bütün heyəti iki həftəlik karantinə alınıb.

Bildirilir ki, sentyabrın 27-sində keçirilməli olan lakin təxirə salınan matçın taleyi ilə bağlı son qərarı Rusiya Futbol İttifaqı verəcək.

 


Son xəbərlər