Beyldən “Real”dan gedişinə narazı şərh

Beyldən “Real”dan gedişinə narazı şərh
XƏBƏR 25 Sentyabr 2020 / 11:50 2869
-  A +

Müqavilə ilə “Real”a məxsus olan Qaret Beyl icarə qaydasında “Tottenhem”ə transfer olunmasını ilk dəfə şərh edib.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, uelsli futbolçu bu qərarından peşman olmadığını söyləyib.

“Mən sadəcə futbol oynayıram, vəssalam. Ətrafda yayılan söz-söhbərlərə isə nəzarət edə bilmərəm. Kimin nə deməsi onların öz işidir. Mən özüm barədə fikrimi, ailəmin mənim haqda nə düşündüyünü bilirəm. Bunlar isə mənə kifayət edir.

Bir ölkədən başqa mədəniyyəti olan digər ölkəyə getməklə mən şəxsiyyət kimi böyüməli idim. Bu zaman sən hansı hallarda necə davranacağını öyrənirsən. Mən ciddi təzyiq altında idim. Tribunadan fitə basılırdım. Ona görə də belə şeylərin öhdəsindən gəlməyi öyrənirdim. Bu cür təzyiqləri ürəyimə salmırdım. Bu, futboldur. Sevdiyim idman növüdür və işimi ona həsr etməliyəm”.


Son xəbərlər