Ən çox titul qazanan ikinci alman oldu

Ən çox titul qazanan ikinci alman oldu
XƏBƏR 25 Sentyabr 2020 / 11:20 2282
-  A +

“Bavariya”nın hücumçusu Tomas Müller “Sevilya” üzərindəki dünənki qələbə (2:1) sayəsində UEFA superkubokunu qazanıb.

Qol.az xəbər verir ki, bu, 31 yaşlı hücumçunun karyerasında 26-cı titulu olub. Bu göstəricidə o, sabiq komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Onlar hər ikisi Almaniya futbol tarixinin ən çox titula sahib olun oyunçularıdır.

“Bavariya”nın yetirməsi olan Müller 2008-ci ildən bu klubun əsas komandasında oynayır. Son 12 ildə o, 9 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kuboku, 5 dəfə ölkə superkubokunu qazanıb. Müller hərəsi 2 dəfə olmaqla Çempionlar Liqasının və UEFA superkubokunun, 1 dəfə isə klublararası dünya çempionatının da qalibi olub. Bundan başqa, 2014-cü ildə o, Almaniya millisi ilə dünya çempionatında birinci yeri tutub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı