Alleqri “Roma”da?

Alleqri “Roma”da?
XƏBƏR 24 Sentyabr 2020 / 16:14 3101
-  A +

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Roma”nı çalışdıra bilər.

Qol.az İtaliya mətbuatına istinadən  xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hazırkı baş məşqçi Paulo Fonsekanın yanlış seçim olduğunu düşünür. Bu səbəbdən A seriyası təmsilçisi bu vəzifəyə Massimiliano Alleqrini gətirmək niyyətindədir.

Bildirilir ki, 53 yaşlı mütəxəssis özü də “Roma”da işləməyə müsbət yanaşır.

Qeyd edək ki, M.Alleqri 2014-19-cu illərdə çalışdırdığı “Yuventus”dan ayrılandan sonra işsizdir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"