"Sabah"da yeni təyinatlar

"Sabah"da yeni təyinatlar
XƏBƏR 24 Sentyabr 2020 / 13:28 2079
-  A +

“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra "Sabah" Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, əvəzedici komandamıza yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandamız 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq