Roşa penaltini qaçırdı, komandadan qovuldu (VİDEO)

Roşa penaltini qaçırdı, komandadan qovuldu (VİDEO)
VİDEO 23 Mart 2012 / 20:24 4105
-  A +

“Qarabağ” klubunun sabiq futbolçusu Leonardo Roşa yenidən komandasız qalıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisindən ayrıldıqdan sonra Braziliyanın “Treze” klubuna transfer olunan Roşanın vətənindəki çıxışı uzun sürməyib.

Belə ki, o, adlı-sanlı “Botofoqo” ilə Braziliya kubokunun I mərhələsinin cavab oyununun 72-ci dəqiqəsində meydana çıxaraq debüt edib.

İlk matç kimi bu görüşdə 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt və penaltilər seriyasına ehtiyac duyulub. “Treze”nin 2:3 hesabı ilə uduzduğu qarşılaşmada son zərbəni qaçıran məhz Roşa olub.

Məğlubiyyətin səbəbkarı olan Roşa ilə klub rəhbərliyi arasında daha sonradan problemlər meydana gəlib.

Komandanın prezidenti braziliyalı futbolçu ilə müqaviləyə xitam verilməsini qərara alıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın