PSJ darmadağınla qalib gəldi - Video

PSJ darmadağınla qalib gəldi - Video
VİDEO 25 Oktyabr 2020 / 01:57 2905
-  A +

PSJ Liqa 1-də növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Paris təmsilçisi 8-ci turda doğma meydanda “Dijon”u qəbul edib.

Görüşdə hesabı 2-ci dəqiqədə paytaxt klubunun futbolçularından Mois Kean açıb.  20 yaşlı hücumçu 22-ci dəqiqədə də fərqlənməklə özünün və komandasının 2-ci qolunu vurub. Mbappe isə 81-ci dəqiqədə fərqi 3 topa çatdırıb. 21 yaşlı hücumçu 87-ci dəqiqədə də qapını dəqiq nişan alaraq, dubl edib və matçın yekun hesabını müəyyənləşdirib- 4:0.

Qeyd edək ki, bu qələbədən sonra PSJ 18 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Dijon” isə 2 xala sonuncudur.  






Son xəbərlər