3 saniyəyə qol vurdu, rekord qırdı - Video

3 saniyəyə qol vurdu, rekord qırdı - Video
VİDEO 15 Sentyabr 2020 / 11:55 5264
-  A +

Dortmund “Borussiya”sının futbolçusu Marko Roys Almaniya kubokunda yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu buna 1/32 final mərghələsində “Duysburq”la matçda (5:0) nail olub. O, 57 dəqiqədə meydanda daxil olub və 3 saniyə sonra qol vurub. Beləliklə, Almaniya kubokunda oyuna çıxdıqdan sonra  ən tez qol vuran oyunçu olub.

Bundan əvvəlki rekord isə Antoni Modestə məxsus idi. O, “Hoffenhaym”ın heyətində meydana daxil olduqdan 12 saniyə sonra fərqlənmişdi.






Son xəbərlər