Rövnəq Abdullayevdən Premyer Liqamızla bağlı göstəriş

Rövnəq Abdullayevdən Premyer Liqamızla bağlı göstəriş
PREMYER LİQA 10 İyul 2020 / 17:25 5506
-  A +

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib.

Bu barədə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib. Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib.

Sadıqov bu gündən avrokuboklarda iştirak edəcək klublar üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazənin alındığını da əlavə edib.(Report)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı