İşçilərinin sayı nə qədərdi? Əllimi, altmışmı, yüzmü? Bəlkə də daha çoxdu..
Hər nə isə, deməli, o qədər insan (yaradıcı işçilər) hamısı bir otaqdan işləyir. Təsəvvür edirsiniz, cəmi bir otaqdan. Özü də kiçik bir otaqdan. Yüz, ya yüz əlli kvadratmetr ola, olmaya... Otağın da şəraiti, yaxşı da deyil a, ən yaxşı halda normaldı....
Hə, kiçik də bir studiyaları var.
Bir də təbii, şefin ayrıca otağı. Orda olmamışam, amma şübhə etmirəm ki, o da bir nəfər üçün kiçik bir otaqdı. Dəbdəbəli deyil yəni.
Vəssalam!
Amma biz televizorun qarşısında divanda rahat oturub çay, kofe, pivə içə-içə futbola baxanda elə sanırıq ki, yəqin bunların onlarla otağı, “Eurosport” qədər lüks şəraitləri var. Lap ən pis halda olsun, “İdman Azərbaycan”dakı qədər...
Efirdi axı, aldanırıq.
Amma ağlaşma qurub şikayət eləmirlər. Öz işlərini bilirsiniz necə sevirlər?
Dəlicəsinəmi deyim, manyakcasınamı deyim, bilmirəm...
O darısqal otağa yığışan insanlar əl-ələ, çiyin-çiyinə verib hər gün bizi keyfiyyətli futbol (həm də efir!) izləməyə çağırır, bacarıqları ilə artıq həm də məcbur edir...
Və o insanlar olmayan şəraitləri ilə günbəgün, saatbasaat təkcə peşəkar bir idman kanalı yox, həm də bir ocaq yaradıblar. İdman telejurnalistikasının istedadlı nümayəndələrini öz ətrafına toplayan ocaq.
Və o ocaq o qədər alovludu ki, onun istisinə hamımız qızışa bilirik.
O ocaq bizimdi...
O kanal bizimdi. Sənin, mənim, hamımızın...
Qədrini bilək!
Aydın BAĞIROV
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi