"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev

"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" -  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2020 / 14:58 1865
-  A +

"Vilyarreal"la vacib matça çıxacağıq. Rəqibimiz böyük komandadır və baxımlı oyun sərgiləyirlər".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibin güclü olmasına baxmayaraq, sabahkı oyunda yaxşı çıxış edəcəklərinə inandığını bildirib: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçı Bakı vaxtı ilə saat 21:50-da başlayacaq.

 

 

Daha çox


Son xəbərlər