"Türkiyədə oynamaq üçün israr etdik" - Qurban Qurbanov

"Türkiyədə oynamaq üçün israr etdik" -  Qurban  Qurbanov
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2020 / 10:10 2293
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

Qol.az “Sabah”a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik" – deyə Qurbanov qeyd edib.

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord