"Qarabağ"da zədəli futbolçuların son durumu

"Qarabağ"da zədəli futbolçuların son durumu
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2020 / 16:51 2512
-  A +

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Vilyarreal”la matçı ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib.

Qol.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, komandasının zədəli oyunçuların çoxluğundan əziyyət çəkdiyini vurğulayıb: “Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq”.

Qeyd edək ki, "Qarabağ"  oktyabrın 29-u "Vilyarreal"la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar görüş Bakıda yox, Türkiyənin “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı