"Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşdi - Rəsmi

"Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşdi -  Rəsmi
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2020 / 19:42 6388
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" (İspaniya)
oyununun yeri müəyyənləşib.

Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, görüşün Türkiyədə olacağını bildirib.

Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Qərara əsasən, "Qarabağ" "Vilyarreal"dan başqa, "Makkabi" (İsrail) və "Sivasspor"la (Türkiyə) da neytral meydanda qarşılaşmalıdır.

 

Daha çox


Son xəbərlər