Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2020 / 11:55 1698
-  A +

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan yığması bundan əvvəlki reytinqlə müqayisədə 2 pillə geriləyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1175 xalla 114-cü pillədə qərarlaşıb. 2 xal itirən yığmamızı Niger və Tailand keçib.

Bu geriləməyə millimizin Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 uduzması, Kiprlə qolsuz heç-heçə etməsi səbəb olub.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765) 1-ci, Fransa (1752) 2-ci və Braziliya (1725) 3-cü pillədə yer alıb.

Daha çox


Son xəbərlər