Millimizin və "Qarabağ"ın ev oyunları neytral meydanda - Rəsmi

Millimizin və "Qarabağ"ın ev oyunları neytral meydanda -  Rəsmi
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2020 / 22:50 4077
-  A +

Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qitə futbol qurumu Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar verib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı bildirilib.
 
AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub

O da qeyd olunub ki, İcraiyyə Komitəsinin bugünkü qərarı Avro-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir. Azərbaycan millisinin isə növbəti ev oyunu - Monteneqro ilə matç noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

 
 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı