Altay Əliyev orduya maddi yardım etdi – Şəkil

Altay Əliyev orduya maddi yardım etdi – Şəkil
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2020 / 15:20 4656
-  A +

Uzun illər Azərbaycan Televiziyasında idman şərhçisi olmuş, səsi ilə idman həvəskarlarının rəğbətini qazanmış, hazırda fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev ordumuza dəstək olub.

O, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat məbləğində maddi yardım edib. Bundan başqa, o, şəxsi təşəbbüsü ilə cəbhə bölgəsinə də yardım etmək üçün Müdafiə Nazirliyinin qaynar xətti ilə daima əlaqə saxlayır və lazım olan tibbi, ərzaq bağlamaları çatdırır.

Onun övladları Türkay Əliyeva və Tuncay Əliyev də oxuduqları SABİS SUN Beynəlxalq məktəbinin müharibəyə dəstək aksiyasına qoşulublar. Onların hər ikisi ərzaq, çadır və tibbi ehtiyaclar olan qutuları məktəbə çatdırıblar.

Xatırladaq ki, A.Əliyev daha əvvəl Koronavirusla Mübarizəyə Yardım Fonduna da yardım edib.



Daha çox


Son xəbərlər