"İlk hissədə hesabı 3:0 edə bilərdik" - De Byazi

"İlk hissədə hesabı 3:0 edə bilərdik" -  De Byazi
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2020 / 22:50 4085
-  A +

"Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik".

Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprlə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qolsuz başa çatan matçı belə şərh edib: "Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik.

Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək".

De Byazi kapitan Qara Qarayevin penaltidən yararlana bilməməsinə də toxunub: "Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın