“Qəbələ”nin sabiq legionerindən Gəncə paylaşımı

“Qəbələ”nin sabiq legionerindən Gəncə paylaşımı
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2020 / 19:52 2518
-  A +

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Dodo Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə reaksiya verib.
 
Qol.az xəbər verir ki, “Qəbələ”nin sabiq futbolçusu erməni terrorunu pisləyən paylaşım edib.
 
O, İnstaqram səhifəsi vasitəsilə “erməni terroruna son” həştəqli “Gəncə üçün dua et” yazılan şəkli paylaşıb.
 
Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.


 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"