UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat

UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2020 / 12:05 3256
-  A +

UEFA AFFA-nın müraciətinə əsasən Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yayılan açıqlamada bildirilir.

Xatırladaq ki, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, AFFA “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanmışdı. Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.

Daha çox


Son xəbərlər