Azərbaycan Premyer Liqası yenə təxirə salınır?

Azərbaycan Premyer Liqası yenə təxirə salınır?
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2020 / 14:37 3202
-  A +

Azərbaycan Premyer Liqası təxirə salına bilər.

Bu, ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədardır. Hərbi vəziyyət rejimində yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması həyata keçirilə bilər.

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "Report"a açıqlamasında məsələ ilə bağlı hazırda heç bir məlumatın olmadığını bildirib.

PFL rəsmisi qərar qəbul ediləcəyi təqdirdə, rəsmi sayt vasitəsi ilə ictimaiyyətə çatdırılacağını vurğulayıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı