"Bura 3 xal dalınca gəlmişdik" - Elmar Baxşıyev

"Bura 3 xal dalınca gəlmişdik" - Elmar Baxşıyev
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2020 / 21:25 1835
-  A +

"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevindirəcək. Torpaqlarımız işğaldan azad olacaq".

Qol.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Hər iki komanda hücum futbolu sərgilədi. Komandamdan məmnunam. İstədiyimi meydanda yerinə yetirirlər".

Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hücum futbolu sərgiləmək istəyirlər: "Bura 3 xal dalınca gəlmişdik. Amma futbolçuların əməyini qiymətləndirməliyik".

Baxşıyev hakimlikdən də danışıb: "Məncə, normal idarəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdir".

Baş məşqçi xal itkisinin yorğunluqla bağlı olmadığını deyib: "Neftçi" tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq".

Baxşıyev yenidən komandaya qayıdan Ceyms Adeniyinin çıxışını da dəyərləndiorib: "Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudur. Ona güvənirik". (Report)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı