UEFA-dan "Qarabağ"ın oyununa təyinat

UEFA-dan "Qarabağ"ın oyununa təyinat
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2020 / 11:58 2563
-  A +

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Legiya" (Polşa) ilə keçiriləcək matçının hakimləri açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Tobias Stieler görüşün baş hakimi olacaq. Ona yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı