"Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var. Qarşılaşmanı 3 kamera ilə çəkmişik, ona görə də analiz üçün materialımız var".
Qol.az xəbər verir ki, bu sözləri “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kosovo "Drita"sını məğlub etdikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
Bir neçə gün əvvəl "Legiya"ya baş məşqçi təyin edilən 50 yaşlı mütəxəssis artıq pley-offda "Qarabağ"la keçiriləcək görüşü düşündüklərini bildirib: “Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.
Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında